İmişlidə piyada yük maşınından tökülən çuğundurun altında qalıb

İmişlidə piyada yük maşınından tökülən çuğundurun altında qalıb "Kamaz" piyadanı vurmamaq üçün yolunu dəyişib və aşıb
Hadisə
13 İyun , 2017 23:11
İmişlidə piyada yük maşınından tökülən çuğundurun altında qalıb

İmişli. 13 iyun. REPORT.AZ/ İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verir.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında İmişli şəhərində Şəkər zavodunun yaxınlığında qeydə alınıb.

Rayonun Məzrəli kənd sakini, 22 yaşlı Vasif İxtiyar oğlu Əmrahov piyada gedərkən avtomobil yoluna çıxıb. Bu zaman çuğundurla dolu “Kamaz” markalı yük maşını piyadanı vurmamaq üçün yolunu anidən dəyişib. Nəticədə maşın yol kənarına aşıb və çuğundurlar piyadanın üzərinə tökülməklə ona xəsarət yetirib. Xəsarət alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi