İmişlidə pivə daşıyan yük maşını su kanalına aşıb - VİDEO

İmişlidə pivə daşıyan yük maşını su kanalına aşıb - VİDEO İmişli rayonunda yük maşını su kanalına düşüb.
Hadisə
18 İyul , 2019 16:51
İmişlidə pivə daşıyan yük maşını su kanalına aşıb - VİDEO

İmişli rayonunda yük maşını su kanalına düşüb.

"Report"un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Belə ki, sürücü yük maşınını yol kənarında saxlayıb və avtomobildən enib. Avtomobil yolun eniş hissəsində olduğu üçün hərəkətə başlayıb və yol kənarındakı su kanalına düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib, pivə çəlləkləri kanala düşüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi