İmişlidə avtomobil aşdı, sürücü xəsarət aldı

İmişlidə avtomobil aşdı, sürücü xəsarət aldı İmişli rayonunda yol qəzası baş verib.
Hadisə
1 İyun , 2020 19:07
İmişlidə avtomobil aşdı, sürücü xəsarət aldı

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini Rauf Ramiz oğlu Məmmədovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi