İmişlidə 8 yaşlı uşağı ilan sancıb

İmişlidə 8 yaşlı uşağı ilan sancıb İmişli. 9 avqust. REPORT.AZ/ İmişli rayonunda 8 yaşlı uşağı ilan sancıb.
Hadisə
9 Avqust , 2018 20:31
İmişlidə 8 yaşlı uşağı ilan sancıb

İmişli. 9 avqust. REPORT.AZ/ İmişli rayonunda 8 yaşlı uşağı ilan sancıb.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Səma Əlizadə yaşadığı evin həyətindəki ayaqyoluna gedərkən qəflətən ilan onun ayaq nahiyəsindən sancıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.  

Son xəbərlər

Orphus sistemi