İki xarici ölkə vətəndaşı Göygöldə yol qəzasına düşərək ölüb - YENİLƏNİB

İki xarici ölkə vətəndaşı Göygöldə yol qəzasına düşərək ölüb - YENİLƏNİB Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib
Hadisə
20 Mart , 2018 04:52
İki xarici ölkə vətəndaşı Göygöldə yol qəzasına düşərək ölüb - YENİLƏNİB
Report

Göygöl. 20 mart. REPORT.AZ/ Göygöl  rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, Bolqarıstan vətəndaşı, 1987-ci il təvəllüdlü Vadim Harskinin idarə etdiyi, Bolqarıstan dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, Bolqarıstan vətəndaşı, 1988-ci il təvəllüdlü İvan Khordean hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanlılb. 


***04:41

Göygöl. 20 mart. REPORT.AZ/ Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, rayonun Hacıməlik kəndində Bolqarıstan dövlət qeydiyyat nişanlı avtomobil yolun dəmir maneəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə sürücü və sərnişin ağır xəsarət alaraq keçinib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, hər iki şəxsin Bolqarıstan vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi