Yuxarı

İki saata 30 avtomobil sahibi cərimələnib - FOTO

Bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Dövlət Yol Polisinin (DYP) əməkdaşları Ağcabədi rayonunda reyd keçirib. "Report" xəbər verir ki, reydin məqsədi avtomobillərdə edilən qanunsuz dəyişikliklər və sərxoş sürücülərin aşkarlanması olub.

Reyd zamanı 80-ə qədər avtomobil saxlanılıb. İki saat davam edən reyd müddətində 30-a yaxın müxtəlif qayda pozan sürücüyə cərimələnib. Bəzi sürücülər isə cərimələnməklə yanaşı, avtomobilləri də müvafiq qaydada cərimə meydançasına aparılıb.

Reyd zamanı sürücülük vəsiqəsi olmayan, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, polisə tabe olmayan və təhlükəli vəziyyət yaradaraq qaçmaq istəyən sürücülərə də rast gəlinib. Görmə qabiliyyətini məhdudlaşdıran pərdə və plyonkalardan istifadə edən sürücülərin avtomobilləri isə bu vasitələrdən təmizlənib.

Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücüyə də rast gəlinib. Həmin sürücü haqda da protokol tərtib edilib, avtomobili isə cərimə meydançasına aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi