Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda qətl hadisəsi törədilib.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda baş verib.
Bakı şəhər sakini Zakir Məmmədov bıçaqlanaraq öldürülüb.
Hadisəni törədən Şəki rayon sakinləri Mehman Qarayev və Pərviz Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.