İdman kompleksi direktorunun qardaşının məhkəmə istintaqı başa çatıb

İdman kompleksi direktorunun qardaşının məhkəmə istintaqı başa çatıb Məhkəmənin növbəti prosesi iyulun 6-na təyin edilib
Hadisə
22 İyun , 2017 12:39
İdman kompleksi direktorunun qardaşının məhkəmə istintaqı başa çatıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Şükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. 

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi iyulun 6-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri M.Mehrəliyev və Ş.Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.

M.Mehrəliyevin idarə etdiyi "Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

Onu da əlavə edək ki, Ş.Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır.

Ş.Hümbətov İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi