İcra başçısı: "Bayılda sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu gələn həftə veriləcək" - YENİLƏNİB-2 - VİDEO

İcra başçısı: "Bayılda sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu gələn həftə veriləcək" - YENİLƏNİB-2 - VİDEO Bayıl yamacında sürüşmə baş verib
Hadisə
10 Fevral , 2018 16:28
İcra başçısı: Bayılda sürüşmə zonasında yaşayan sakinlərə kirayə pulu gələn həftə veriləcək - YENİLƏNİB-2 - VİDEO
Report/ Firi Salim

Bakı. 10 fevral. REPORT.AZ/ "Bayıl sürüşmə zonasının sakinlərinə bir illik kirayə haqqı veriləcək".

"Report" xəbər verir ki, bunu ərazidə yaşayan sakinlərlə söhbətində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, kirayə haqqı fevralın 13-dək ödəniləcək: "Hazırda məsələyə rəsmi səviyyədə baxılır".

İcra başçısı tapşırıq verib ki, sakinlərin evlərində qalan əşyaları məktəbin binasına yığılsın: "Ərazidə öncə təhlükəsizlik tədbirləri görülməlidir".


*** 16:01

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

"Report" xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

*** 15:02

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb.

Bu barədə “Report”a ərazidə yaşayan sakinlərdən biri məlumat verib.

Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb.

Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri ərazidədirlər.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi