Həbsdəki ərinə telefon ötürmək istəyən qadın tutulub
Hadisə
- 02 sentyabr, 2014
- 05:24
Bakı. 2 sentyabr.REPORT.AZ/ Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətdən Report-a verilən məlumata görə, Şəki Penitensiar müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilən şəxs Uğruyev İbrahim Süleyman oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Uğruyeva Nərminə Şaban qızının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Həyata keçirilən axtarış-baxış tədbirləri zamanı qadının əl çantasının içərisində gizlədilmiş daxilində danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Son xəbərlər
17:39
"mygov" platformasından istifadə edənlərin sayı bu il 5 milyona çatdırılacaq
İKT17:39
İlham Əliyev: Ümid edirəm ki, Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi bu il başa çatacaq
İKT17:37
AYNA: Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
İnfrastruktur17:37
Rəşad Nəbiyev: "270 dövlət müəssisəsi rəqəmsal ehtiyatlarını "hökumət buludu"nda yerləşdirib"
İKT17:36
"Real" və "Barselona" İngiltərə klubunun müdafiəçisi ilə maraqlanır
Futbol17:34
Azərbaycanda internetin orta sürəti bu il 200 meqabit/saniyəyə çatdırılacaq
İKT17:33
Prezident: Məktəblərdə rəqəmsallaşma ilə bağlı tədris proqramında müəyyən dəyişikliklər edilməlidir
Daxili siyasət17:32
Dövlət başçısı: Dünyanın aparıcı güc mərkəzləri ilə koordinasiyalı işlə bağlı fəaliyyət planı hazırlanmalıdır
Xarici siyasət17:31