Hövsanda dənizdə 13 yaşlı qız batıb
Hadisə
- 27 iyul, 2026
- 16:07
Hövsanda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb, üçü isə boğulma təhlükəsindən xilas edilib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
16:00
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb
Formula 115:57
Foto
Xüsusi icra məmuru olmaq istəyən namizədlər ilkin icbari hazırlığa cəlb olunacaq
Sosial müdafiə15:49
Tramp süni intellektin Si Cinpinlə danışıqların əsas mövzusu olacağını açıqlayıb
Digər ölkələr15:37
Video
"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib
Hərbi15:35
Brüssel Vaşinqtonun Avropaya dizel ixracını məhdudlaşdırmaq planlarından narahatdır
Digər ölkələr15:34
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 % olacaq"
Maliyyə15:32
Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb
Maliyyə15:30
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Futbol15:29