Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapılıb

Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapılıb Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd q
Hadisə
232
11 Yanvar , 2022 11:15
Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapılıb

Füzuli rayonunun Horadiz qəsəbəsində dəmir yolu stansiyası ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşların Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.

Son xəbərlər

Orphus sistemi