"Honda"nın Azərbaycan nümayəndəliyinə cərimə yazılıb

"Honda"nın Azərbaycan nümayəndəliyinə cərimə yazılıb Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Yeni Motor ” MMC barəsində inzibati protokol tərtib edib.
Hadisə
9 Oktyabr , 2019 10:58
Hondanın Azərbaycan nümayəndəliyinə cərimə yazılıb

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Yeni Motor ” MMC barəsində inzibati protokol tərtib edib.

“Report”un xəbərinə görə, Abşeron Rayon Məhkəməsi protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə qərar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qərardan verilən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Cərimənin məbləği açıqlanmır.

Qeyd edək ki, “Yeni Motor” MMC "Honda Motor Co” LTD şirkətinin Azərbaycandakı yeganə və rəsmi nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi