Hökməlidə dəri emalı sexindəki yanğın söndürülüb

Hökməlidə dəri emalı sexindəki yanğın söndürülüb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində sexdə yanğın olması barədə məlumat daxil olub.
Hadisə
20 Avqust , 2022 19:10
Hökməlidə dəri emalı sexindəki yanğın söndürülüb

Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bilavasitə bitişik evlərə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, hər mərtəbəsi təxminən 950kv.m olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

17:40

Hökməlidə obyektdə yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində sexdə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi