Hökməli qəsəbəsində vətəndaşa məxsus sexdə yanğın olub

Hökməli qəsəbəsində vətəndaşa məxsus sexdə yanğın olub Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
10 İyul , 2015 19:25
Hökməli qəsəbəsində vətəndaşa məxsus sexdə yanğın olub

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün günorta saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus sexin ərazisində ümumi sahəsi 24 kv.m olan dəmir köşkün taxta üzlüyü yanıb. Bu barədə "Report" Fövqaladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Hadisə yerinə gələn yanğınsöndürənlər yaxınlıqdakı sexi yanğından mühafizə edib.

Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi