"HiPP"in Azərbaycandakı rəsmi nümayəndəsi olan şirkət cərimələnib
Hadisə
- 18 sentyabr, 2019
- 06:14
Dövlət Əmək Müfəttişliyi Xidməti "HiPP Avstriya" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan "Diplomat-I" firması barədə protokol tərtib edib.
"Report"un xəbərinə görə, Səbail Rayon Məhkəməsi firmanı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Səbail Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarından "Diplomat-I” firması tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Hipp" uşaq qidaları istehsal edən şirkətdir.
Son xəbərlər
10:22
"Brent" 104, "WTI" markalı neft 92 dollaradək bahalaşıb
Energetika10:21
Luka Donçiç NBA-da Maykl Cordanın 40 illik rekordunu təkrarlayıb
Komanda09:55
Azərbaycan neftinin qiyməti 114 dollardan aşağı düşüb
Energetika09:48
Foto
Rusiyanın İrana göndərdiyi humanitar yardım "Qaradağ" stansiyasına çatıb
İnfrastruktur09:41
KİV: Türkiyənin neft tankeri dronla vurulub
Region09:39
Azərbaycanda yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA
Ekologiya09:38
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək
Komanda09:36
Belarusla Şimali Koreya dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar
Digər ölkələr09:27