Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və uşaqlar üçün əyləncə təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və uşaqlar üçün əyləncə təşkil olunub Cüdo üzrə dərsi Elxan Məmmədov aparıb
Hadisə
16 İyul , 2017 15:48
Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və uşaqlar üçün əyləncə təşkil olunub
Foto: Heydər Əliyev Mərkəzi

Bakı. 16 iyul. REPORT.AZ/ Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub.

Mərkəzdən "Report"a verilən məlumata görə, iyulun 15-də cüdo üzrə dərsi Dünya və Avropa çempionu, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.

8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.

"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə təşkil olunan əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıblar, musiqi sədaları altında rəqs ediblər.

Son xəbərlər

Orphus sistemi