Həyat yoldaşını öldürən qadın və tanışının məhkəməsində prokuror çıxış üçün vaxt istəyib

Həyat yoldaşını öldürən qadın və tanışının məhkəməsində prokuror çıxış üçün vaxt istəyib Proses noyabrın 8-də davam etdiriləcək
Hadisə
4 Noyabr , 2016 17:00
Həyat yoldaşını öldürən qadın və tanışının məhkəməsində prokuror çıxış üçün vaxt istəyib

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Kamran Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin S. Məmmədov və L. Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K.Mahmudovun isə bizneslə məşğul olub

Son xəbərlər

Orphus sistemi