Həmkəndlisini güllələyən şəxsin məhkəməsi başlayır
- 29 dekabr, 2021
- 06:12
Kürdəmirdə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Vurğun Mehtiyevin məhkəməsi başlayır.
"Report"un xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 30-da Kürdəmirin Dayıkazımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.