Həftəsonu 36 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Həftəsonu 36 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb Aprelin 6-7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Hadisə
8 Aprel , 2024 10:00
 Həftəsonu 36 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Aprelin 6-7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək olub.

Son xəbərlər

Orphus sistemi