Bakı. 25 oktyabr.
"Report"un xəbərinə görə, o, cinayət işi ilə yenidən tanış olmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.
S.Strelyayev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi ilə tanış olur. O, cinayət işi ilə tanış olduqdan sonra yenidən Ali Məhkəməyə müraciət edəcək.
O, ömürlük azadlıqdan məhrumetmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyir.
Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirib və ömürlük həbs cəzasına məhkum edilib. Şair olan S.Strelyayevin həbsxanada bir neçə kitab yazıb.
O, 2013-cü ildə isə həbsxanada Lüdmila Oleynikova ilə evlənib.
S.Strelyayev L.Oleynikova ilə 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Oleynikova evlənmək təklifi edib.
Onların bu nikahdan bir övladı var.