Həbsdə olan sabiq MTN generalının bacanağı məhkəmədə ifadə verib

Həbsdə olan sabiq MTN generalının bacanağı məhkəmədə ifadə verib Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
30 Oktyabr , 2018 15:59
Həbsdə olan sabiq MTN generalının bacanağı məhkəmədə ifadə verib
Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə M.Talıbov özünü təqsirli bilmədiyini deyib.

O, sərbəst ifadəsində heç kəsdən pul almadığını, ittihamda yazılanlarla razı olmadığını söyləyib: "Amidin torpaq sahəsinin sənədlərində problem var idi. Bunu qaydasına qoymaq üçün mənə 6 min manat pul verdi. Sonra Amid Türkiyəyə gedəndə gəlib məndən 500 manat pulunu aldı, 5500 manat isə məndə qaldı. İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürərsən. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım göstərməyimi xahiş etdi. Onun müalicəsinə Amidin məndə olan 5500 manatından da artıq pul xərclədim".

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

İttiham aktına əsasən, M.Talıbov qonşusunun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.

Son xəbərlər

Orphus sistemi