Hamlet İsaxanlının qızını döyməkdə ittiham olunan qardaşlardan biri jurnalistlərə açıqlama verib - FOTO

Hamlet İsaxanlının qızını döyməkdə ittiham olunan qardaşlardan biri jurnalistlərə açıqlama verib - FOTO Məmmədov qardaşları məhkəməyə anaları Gülnarə Məmmədova ilə gəlib
Hadisə
18 Mart , 2015 11:01
Hamlet İsaxanlının qızını döyməkdə ittiham olunan qardaşlardan biri jurnalistlərə açıqlama verib - FOTO

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Bakı Apelyasiya Məhkəməsində Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Zaur və Elin Məmmədov qardaşlarına açılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. “Report”un əməkdaşı xəbər verir ki, Məmmədov qardaşları məhkəməyə anaları Gülnarə Məmmədova ilə gəlib.

Onlardan biri – Zaur Məmmədov jurnalistlərə “Narahatçılığınıza görə təşəkkür edirik, amma indi məhkəməyə getməliyik” deyərək, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasına daxil olub.

Artıq məhkəmə prosesi başlayıb.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində iştirak edən şəxslər barəsində Xətai rayon Məhkəməsinin çıxardığı qərarla bağlı apelyasiya protestinə baxılır.

Ü.İsayevanı döydüyü iddia olunan Zaur Məmmədov və Elin Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılır. Qapalı keçirilən proseslərdən birinə, hakim Rizvan Səfərov, digərinə isə hakim Sahibxan Mirzəyev sədrlik  edir.

Xatırladaq ki, Ü.İsayeva martın 9-da Bakının Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində Zaur Məmmədov və Elin Məmmədov tərəfindən fiziki işgəncəyə məruz qalıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğu Z.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi Raziyə Ataşova vəsatəti təmin etməyib. Bundan sonra Bakı Şəhər Prokurorluğu apelyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi