Beyləqanda mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində azyaşlı həlak olub - YENİLƏNİB

Beyləqanda mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində azyaşlı həlak olub - YENİLƏNİB Beyləqan. 10 fevral. REPORT.AZ/ Beyləqanda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən azayşlı uşağın adı məlum olub.
Hadisə
10 Fevral , 2019 13:54
Beyləqanda mikroavtobusun KamAZla toqquşması nəticəsində azyaşlı həlak olub - YENİLƏNİB

Beyləqan. 10 fevral. REPORT.AZ/ Beyləqanda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən azayşlı uşağın adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayon sakini, 2015-ci il təvəllüdlü Cavid Heydər oğlu Hüseynzadə hadisə zamanı ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı uşaq "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Beyləqan rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 10:49

Beyləqan. 10 fevral. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Aşıqalılar kəndində qeydə alınıb.

"Ford" markalı mikroavtobus yol kənarında dayanan "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlan ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Beyləqan rayonunda iki avtomobil toqquşub.

Son xəbərlər

Orphus sistemi