Yuxarı
    Bağlamaq

    Hacıqabulda yol qəzasında vəzifəli şəxs ölüb - VİDEO - YENİLƏNİB

    Dinlə

    Video əlavə olunub


    *** 16:43

    Bakı. 6 dekabr. REPORT.AZ/ Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

    “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib. 

    “Mercedes” markalı 10 ZP 039 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

    Nəticədə VAZ-ın sürücüsü, Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri, 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi