Hacıqabulda yol qəzası zamanı yaralananların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Hacıqabulda yol qəzası zamanı yaralananların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB Onların hamısı Göyçay rayon sakinləridirlər
Hadisə
24 Sentyabr , 2017 22:22
Hacıqabulda yol qəzası zamanı yaralananların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Hacıqabul. 23 sentyabr. REPORT.AZ/ Hacıqabulda yol qəzası zamanı yaralananların şəxsiyyəti müəyyənləşib.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Göyçay rayon sakinləri, 45 yaşlı Şaiq Şahnəzər oğlu Nuriyev, 32 yaşlı Eyvaz Məhəmməd oğlu İbadov və onun qardaşı Etibar İbadovdur.


***21:14

Hacıqabul. 23 sentyabr. REPORT.AZ/ Hacıqabulda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunda, rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi