Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 06 aprel, 2019
  • 18:50
Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən yol qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti məlum olub. 

"Report"un Aran bürosu xəbər verir ki, axşam saatlarında rayonun giriş hissəsində qeydə alınan qəza zamanı Hacıqabul rayon sakini, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğlu və digər bir nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***22:15

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun giriş hissəsindəki körpü yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 2 nəfər nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.