Hacıqabulda yaşayış evi yanıb

Hacıqabulda yaşayış evi yanıb Hacıqabulda yanğın hadisəsi baş verib.
Hadisə
8 Avqust , 2021 18:53
Hacıqabulda yaşayış evi yanıb

Hacıqabulda yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.

Kənd sakini, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümmətalı oğluna məxsus iki mərtəbəli ümumi sahəsi 144 kv metr olan fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq, külə dönüb. Bundan başqa evin həyətyani sahəsində olan ümumi sahəsi 64 kv metr olan tikili də yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi