ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub - YENİLƏNİB

ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub - YENİLƏNİB Hacıqabul sakinini qatar vuraraq öldürüb.
Hadisə
18 Aprel , 2024 17:35
ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub - YENİLƏNİB

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

“Report” bu barədə QSC-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- deyə məlumatda qeyd edilib.

17:11

Hacıqabul rayon sakinini qatar vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisindən keçən dəmiryolu xəttində baş verib.

Ağır xəsarətlər alan şəxs İbrahimova Təhminə Əhəd qızıdır. O, xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.

Son xəbərlər

Orphus sistemi