Hacıqabulda maşın aşıb, ana ölüb, ata və iki övladı xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda maşın aşıb, ana ölüb, ata və iki övladı xəsarət alıb - YENİLƏNİB Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
1 Sentyabr , 2019 18:58
Hacıqabulda maşın aşıb, ana ölüb, ata və iki övladı xəsarət alıb - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kiçik təzyiqli qaz xəttinə çırpılıb. Hadisə zamanı sürücü və onun 1978-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Ruhiyyə İlyas qızı, övladları - 2007-ci il təvəllüdlü Xəyal Allahverdiyev və 2007-ci il təvəllüdlü Elvira Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R.Allahverdiyeva həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.


*** 13:46

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 123-cü kilometrliyində, Şirvan-Hacıqabul körpüsündən Qazax istiqamətinə gedən hissədə baş verib. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Son xəbərlər

Orphus sistemi