Hacıqabulda keçmiş məhkum 2 ton arpa oğurlayıb
Hadisə
- 29 oktyabr, 2019
- 06:09
Hacıqabulda oğurluq edən şəxs saxlanılıb.
Bu barədə “Report”un Aran bürosuna DİN Mətbuat xidmətinin Şirvan şəhərində Regional qrupundan bildirilib.
Belə ki, oktyabrın 13-də Qaradağ rayon sakini Natiq Həsənov Hacıqabul Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində ona məxsus taxıl anbarından ümumi dəyəri 800 manat olan 2 ton arpanın oğurlanması ilə bağlı məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı İmran Novruzov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
13:13
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb
Hadisə13:10
Yevgeni Kukseviç Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın baş məşqçi postundan ayrılıb
Futbol13:06
Foto
Video
Bişkekdə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - YENİLƏNİB
Xarici siyasət13:02
Japarov və Qor 2027-ci ildə Mərkəzi Asiya-ABŞ sammitinin keçirilməsini müzakirə edib
Region12:57
Azərbaycanı gənclər arasında Avropa çempionatında 14 cüdoçu təmsil edəcək
Fərdi12:55
Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır
Xarici siyasət12:49
Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur
Xarici siyasət12:45
"Brayton" Kolumbiya gənclər millisinin üzvü Matias Orosko ilə müqavilə imzalayıb
Futbol12:43
Foto