Hacıqabulda güclü sel körpünü uçurub

Hacıqabulda güclü sel körpünü uçurub Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.
Hadisə
9 May , 2022 22:34
Hacıqabulda güclü sel körpünü uçurub

Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib.

Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq həmin əraziyə müxtəlif təyinatlı texnika cəlb edilib, lazımi tədbirlər görülüb. Körpü artıq bərpa edilərək istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi