Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
10 İyul , 2019 08:17
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər veri ki, Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Qənbərov Cavanşir Ələddin oğlunu minik avtomobili vurub. Müxtəlif dərəcəl ağır bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 07:21

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Muğan-Udulu yolunda qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kini avtomobil vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi