Hacıqabulda avtomobil piyadanı vuraraq ayağını sındırıb

Hacıqabulda avtomobil piyadanı vuraraq ayağını sındırıb Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Dekabr , 2021 06:08
Hacıqabulda avtomobil piyadanı vuraraq ayağını sındırıb

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Belə ki, avtomobil 1986-cı il təvəllüdlü Məmmədli Elbrus İlqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi