Hacıqabulda 79 yaşlı kişini avtomobil vuraraq öldürüb

Hacıqabulda 79 yaşlı kişini avtomobil vuraraq öldürüb Hacıqabulda ölümlə nəticələnə yağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 İyul , 2021 05:17
Hacıqabulda 79 yaşlı kişini avtomobil vuraraq öldürüb

Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vita” markalı avtomobil yolu keçən 1942-ci il təvəllüdlü Zaidov İsaxan Dostəli oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi