Hacıqabulda ər və arvad eyni gündə intihar edib - YENİLƏNİB-2

Hacıqabulda ər və arvad eyni gündə intihar edib - YENİLƏNİB-2 Hacıqabul. 15 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda 34 yaşlı qadın intihar edib.
Hadisə
15 Fevral , 2019 15:29
Hacıqabulda ər və arvad eyni gündə intihar edib - YENİLƏNİB-2
0 : 00
0 : 00

Hacıqabul. 15 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda 34 yaşlı qadın intihar edib. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü  Əfsanə Ayazəli qızı Mailova ata evində özünü asaraq öldürüb. 

Ər və arvadın eyni gündə intihar etməsinin səbəbi uşaqlarının olmaması səbəbindən ayırılmaları göstərilir.



*** 13:59


Hacıqabul. 15 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Sahib Saməddin oğlu Rəsulov özünü yaşadığı evin həyətində ağacdan asaraq öldürüb. 

İntiharın səbəbi məlum deyil. 

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


*** 11:28

Hacıqabul. 15 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda orta yaşlı kişi intihar edib. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan həmin kəndin sakini özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi