Hacıqabulda 25 yaşlı gənc intihar edib - YENİLƏNİB

Hacıqabulda 25 yaşlı gənc intihar edib - YENİLƏNİB Hacıqabul. 13 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
13 Fevral , 2019 20:01
Hacıqabulda 25 yaşlı gənc intihar edib - YENİLƏNİB

Hacıqabul. 13 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin sakini, 1994-cü il təvəllüdlü Əbil Əfsər oğlu Əbilov özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


*** 18:59
Hacıqabul. 13 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda gənc oğlan intihar edib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi