Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb

Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
9 Dekabr , 2023 20:56
Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi