Hacıbala Abutalıbov yanan binanın sakinlərini qəbul edəcək

Hacıbala Abutalıbov yanan binanın sakinlərini qəbul edəcək Görüşdə yanğınla bağlı vətəndaşlara verilən kompensasiyaların haradan və necə götürülməsi barədə məlumat veriləcək
Hadisə
22 May , 2015 11:58
Hacıbala Abutalıbov yanan binanın sakinlərini qəbul edəcək

Bakı. 22 may. REPORT.AZ/ Bu gün günorta saat 14.00-da Bakı şəhər İcra Hakimiyyətinin binasında icra başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanan binanın sakinlərini qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə binanın sakinlərinə İcra Hakimiyyətinin nümayəndələri məlumat verib.

Nümayəndələr bildirib ki, icra başçısının qəbulunda vətəndaşların müraciətləri və problemləri dinləniləcək. Görüşdə yanğınla bağlı vətəndaşlara verilən kompensasiyaların haradan və necə götürülməsi barədə məlumat veriləcək.  

Son xəbərlər

Orphus sistemi