Yuxarı

Həbsdəki qardaşına bıçaq ötürmək istəyən qardaş saxlanılıb

Fakt üzrə araşdırma aparılır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşya ötürülməsi cəhdinin qarşısı alınıb. Bu barədə Report-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Müşfiq Ədalət oğlu İsayevin yanına qısamüddətli görüşə gələn qardaşı Cavidin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun əynində olan şalvarın arxa cibindən zavod üsulu ilə hazırlanan bir ədəd bıçaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi