Gürcüstanın DİN rəhbəri: “Azərbaycanlı bloqeri kiminsə öldürməsi istisna edilir”

Gürcüstanın DİN rəhbəri: “Azərbaycanlı bloqeri kiminsə öldürməsi istisna edilir” “Azərbaycanlı bloqerin ölümü ilə bağlı istintaq aparırıq. Kiminsə onu yerə ataraq öldürməsi faktı istisna edilir”.
Hadisə
301
2 Avqust , 2021 16:00
Gürcüstanın DİN rəhbəri: “Azərbaycanlı bloqeri kiminsə öldürməsi istisna edilir”
0 : 00
0 : 00

“Azərbaycanlı bloqerin ölümü ilə bağlı istintaq aparırıq. Kiminsə onu yerə ataraq öldürməsi faktı istisna edilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, istintaq bütün istiqamətlər üzrə həyata keçirilir: “Bloqerin ölümünün şahidi olanlar var. Onu kiminsə qətlə yetirməsi məsələsi 99 % istisna edilir. İntihar baş veribsə, məcburiyyət və səbəbləri də araşdırılır”.

V.Qomelauri bloqerin ölümü ilə bağlı hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının fikirlərinə də münasibət bildirib. “Əfqan Muxtarlının bir çox nağıllarını xatırlayırıq. Onun ifadələrini şərh edə bilməyəcəyəm”.

Qeyd edək ki, bloqer Hüseyn Bakıxanov iyulun 14-də Tbilisidə “Stamba” mehmanxanasının damından özünü ataraq ölüb.

Son xəbərlər

Orphus sistemi