Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb - VİDEO

Hadisə
  • 28 noyabr, 2018
  • 08:01
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb - VİDEO
customs.gov.az

Bakı. 28 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində-ehtiyat təkər saxlanan hissədə və həmin hissənin sağ və sol ətrafında üzərində "Petarda Blyskowa" yazısı olan 5 160 ədəd və üzərində "Corsar" yazısı olan 1 500 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb - VİDEO