Gürcüstandan Azərbaycana gətirilən 3 840 ədəd pirotexniki vasitə aşkar edilib - VİDEO
Hadisə
- 07 noyabr, 2017
- 07:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Mercedes Benz 300D" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3 840 ədəd "SFA-100 M50" markalı pirotexniki vasitələr aşkar edilib.
DGK açıqlayıb ki, fakt üzrə aşkar edilən pirotexniki vasitə yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan verə biləcək potensiala malikdir.
Faktla bağlı araşdırma aparılır.
Gürcüstandan Azərbaycana gətirilən 3 840 ədəd pirotexniki vasitə aşkar edilib - VİDEO
Son xəbərlər
15:41
İmed Hazgi: Kriminal strukturlar sanksiyalardan yayınmaq üçün yeni texnologiyalardan istifadə edirlər
Xarici siyasət
15:41
Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb
Maliyyə
15:37
ABF rəsmisi Nağı Səfərov: "Dörd Avropa çempionatında qazanılan 25 medalı müsbət qiymətləndiririk"
Fərdi
15:36
"Egmont"un direktoru: Aİ və Azərbaycan münasibətləri prioritet olaraq qalmalıdır - Eksklüziv
Xarici siyasət
15:36
Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışında çox önəmli mesajlar verildi - RƏY
Daxili siyasət
15:33
AKTA: BOKT-larda kibertəhlükəsizlik üçün büdcə və mütəxəssis çatışmazlığı var
Maliyyə
15:26
Foto
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İKT
15:24
Səbinə Hacıyeva: Azərbaycan əsrlər boyu dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub
Mədəniyyət siyasəti
15:22
Burkina-Faso İƏT-in korrupsiya ilə mübarizə orqanlarının görüşünün Bakıda keçirilməsini alqışlayıb
Digər