Gürcüstanda qanunsuz odlu silah gəzdirən Azərbaycan vətəndaşı saxlanılıb
Hadisə
- 24 noyabr, 2018
- 10:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 24 noyabr. REPORT.AZ/ Gürcüstanın Kvemo Kartli bölgəsində qanunsuz olaraq odlu silahın alınması, saxlanılması və daşınması ilə bağlı üç nəfər saxlanılıb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlardan ikisi əvvəllər məhkum olunmuş Gürcüstan, biri isə 1959-cu il təvəllüdlü N.V. adlı Azərbaycan vətəndaşıdır.
Üzərlərinə şəxsi axtarış keçirilən zaman Gürcüstan vətəndaşlarından “Korovin” tipli tapança, digər odlu silah və çoxlu sayda patronlar, Azərbaycan vətəndaşından isə “Gold Star” tipli tapança müsadirə olunub.
Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir.
Son xəbərlər
02:00
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq