Gürcüstanda koronavirusa yoluxanların 86%-i sağalıb

Hadisə
  • 30 iyun, 2020
  • 09:37
Gürcüstanda koronavirusa yoluxanların 86%-i sağalıb

Gürcüstanda koronavirusa yoluxan şəxslərin 86%-i müalicə olunaraq sağalıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, 119 aktiv COVID-19 xəstəsinin müalicəsi davam etdirilir.

A.Qamkrelidze deyib ki, Gürcüstanda koronavirusdan ölüm göstəricisi 1,6% təşkil edir.

Mərkəz rəhbəri ölkədəki epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb.

44 filmi