Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı Gürcüstanda 114 Azərbaycan vətəndaşı müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkir.
Hadisə
30 Mart , 2020 11:17
Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
0 : 00
0 : 00

Gürcüstanda 114 Azərbaycan vətəndaşı müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hazırda qonşu ölkədə ittiham olunan 24 Azərbaycan vətəndaşı var ki, onların 18-i kişi, 6-sı isə qadındır.

Məhkum olunan 90 nəfərin isə 82-si kişi, 8-i qadındır.

Gürcüstanda probasiya nəzarətində 23 Azərbaycan vətəndaşı saxlanılır. Onların 21-i kişi, 2-si isə qadındır. 

Son xəbərlər

Orphus sistemi