Gürcüstanda azərbaycandilli qəzetə yeni baş redaktor təyin edildi

Hadisə
  • 13 mart, 2020
  • 11:47
Gürcüstanda azərbaycandilli qəzetə yeni baş redaktor təyin edildi
Xaləddin Yolçuyev

Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinə yeni baş redaktor seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəni Rustavi şəhəri Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Xaləddin Yolçuyev tutub.

Yaxın günlərdə yeni baş redaktor vəzifəsinə rəsmən təsdiq olunacaq.

Qeyd edək ki, nəşrin keçmiş baş redaktoru, Gürcüstanın əməkdar jurnalisti İslam Əliyev ötən ilin dekabrın 21-də 72 yaşında vəfat edib. “Gürcüstan” qəzeti Tbilisidə 1921-ci ildən etibarən nəşr olunur. 2021-ci ildə qəzetin 100 illiyi tamam olacaq.

44 filmi