Bakı. 10 iyul. REPORT.AZ/ Gürcüstanın hüquq-mühafizə orqanları 1953-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Afik A. adlı Azərbaycan vətəndaşını həbs ediblər.
"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Xəbərə görə, o, Marneuli rayonunun Kiraçmuğanlı kəndində tutulub.
Əməliyyat zamanı Afik A.-nın üstündən 34,4141 qr. narkotik maddə aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazrilyinin məlumatına əsasən, o, günahını etiraf edib.
Afik A-ya qarşı böyük miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.