Gürcüstanda buraxılış imtahanları ləğv olunur, ali məktəblərə qəbul qaydaları dəyişir

Gürcüstanda buraxılış imtahanları ləğv olunur, ali məktəblərə qəbul qaydaları dəyişir Tbilisi. 28 yanvar. REPORT.AZ/ Gürcüstanın ictimai məktəblərində buraxılış imtahanları 2020-ci ildən etibarən ləğv olunacaq.
Hadisə
11045
28 Yanvar , 2019 15:22
Gürcüstanda buraxılış imtahanları ləğv olunur, ali məktəblərə qəbul qaydaları dəyişir

Tbilisi. 28 yanvar. REPORT.AZ/ Gürcüstanın ictimai məktəblərində buraxılış imtahanları 2020-ci ildən etibarən ləğv olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın təhsil sisteminin yeni modelində nəzərdə tutulub.

Modelə əsasən, yeniliklər 2020-ci ildən həyata keçiriləcək. Həmin vaxta qədər isə 2019-cu ildə 11-ci sinif şagirdləri buraxılış imtahanları verməyəcəklər.

Lakin buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.

Digər yeniliyə əsasən, 2020-ci ildən başlayaraq ali məktəblər hər bir proqram üzrə baryeri özləri müəyyən edəcəklər. Həmin ildən etibarən milli imtahanlar 4 fənnin əvəzinə 3 fənn üzrə keçiriləcək. Gürcü dili və ədəbiyyatı, xarici dil üzrə imtahanlar bütün abituriyentlər üçün məcburi olacaq.

Üçüncü məcburi fənn isə ali təhsil müəssisəsinin proqramına əsasən müəyyən olunacaq. Texniki istiqamət üzrə abituriyentlər riyaziyyat, humanitar istiqamət üzrə isə tarix fənnindən imtahan verməli olacaqlar. 

Son xəbərlər

Orphus sistemi