Gürcüstanda 18 yaşlı azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb
Hadisə
- 30 yanvar, 2019
- 11:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 30 yanvar. REPORT.AZ/ Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kəndində yaşayan 18 yaşlı Emiliya Qənbərova iki gün öncə qaçırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi qızı qaçıran şəxsi artıq saxlayıb.
Həmin şəxs E.Qənbərovanın qohumu olan 28 yaşlı Samir Əhmədovdur. Gənc qızı evlənmək məqsədilə qaçırdığını bildirib.
S.Əhmədov qızı evdə tək olduğu zaman qaçırıb. E.Qənbərova 12-ci sinifdə təhsil alır.
Qızı qaçıran şəxsə qarşı qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb. Bu maddə 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Son xəbərlər
22:34
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət